12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
ABŞ-da Budanovun rusları öldürmək niyyəti ilə bağlı sözlərini şərh ediblər
Tarix: 08-05-2023 23:11 | Bölmə: Dünya


ABŞ istər Rusiyada, istər Ukraynada, istərsə də dünyanın hər hansı digər yerində mülki şəxslərin hədəf alınmasını qəbul etmir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
Belə ki, ABŞ Dövlət Departamenti Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürmək niyyətindən danışan sözlərinə münasibət bildirib.
Kreml Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbərinin sözlərini dəhşətli adlandırıb. Dmitri Peskov qeyd edib ki, bu bəyanat Kiyev rejiminin terror fəaliyyətinin birbaşa təşkilatçısı olduğunun birbaşa təsdiqidir.



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər