12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
NATO rus qırıcısına görə hava qüvvələrinin hazırlığını artırıb
Tarix: 08-05-2023 21:21 | Bölmə: Dünya


NATO-nun hava polisi missiyasının təyyarələri daha yüksək hazırlıq səviyyəsinə gətirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Reuters" xəbər verir.
Hazırlığın artırılmasına səbəb Qara dəniz üzərində Polşaya məxsus hərbi təyyarənin yanında Rusiya hərbi təyyarəsinin guya təhlükəli davranışı olub. Agentliyin məlumatına görə, insident cümə günü Rumıniya sahillərində baş verib.
NATO rəsmisi insidentlə bağlı açıqlama verməyib, lakin o, alyansın sayıq qaldığını bildirib.
Mayın 6-da Rumıniya Müdafiə Nazirliyi Rusiyanın "Su-35" qırıcısının Polşanın "L410 Turbolet" təyyarəsini müşayiət etdiyini bildirib. İddialara görə, "Su-35" manevrləri artan turbulentlik səviyyəsinə səbəb olub və Polşa təyyarələrinin idarə olunmasında ciddi çətinliklərə səbəb olub.



Baxış sayı: 267


Bölməyə aid digər xəbərlər