Bütün xəbərlər
Texasda avtomobil yoldan keçənlərə çırpılıb, 7 nəfər ölüb
Tarix: 07-05-2023 22:45 | Bölmə: Dünya


Amerikanın Braunsvil (Texas) şəhərində yeddi nəfərin ölümü ilə nəticələnən faciəvi hadisə baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, maşın evsizlərə kömək etmək üçün mərkəzdə yoldan keçənlərin üzərinə çıxıb.
ABC telekanalının məlumatına görə, daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobilin sürücüsü tutularaq xəstəxanaya aparılıb. O, qanda spirt və ya narkotik maddələrin olub-olmaması üçün yoxlanılır.
Müstəntiqlər zərbənin qəsdən və ya təsadüfi olub-olmaması ilə bağlı hələlik şərh verməyiblər.


Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər