12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Makron qazanlardan qorunacaq
Tarix: 06-05-2023 23:48 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransanın “Le Parisien” qəzetinin yazdığına görə, Paris polis prefekturası mayın 8-də Yelisey meydanı və ona bitişik küçələrdə istənilən nümayişi qadağan etmək niyyətindədir.
Bu gün burada İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı ənənəvi illik bayram tədbirləri keçiriləcək. Tədbirdə respublika prezidenti Emmanuel Makron iştirak edəcək.
Yelisey meydanında anım mərasiminin ciddi təhlükəsizlik tədbirləri altında keçiriləcəyi qeyd edilir.
TASS xəbər verir ki, Konkord meydanından tutmuş Quai d'Orsaya və qərbdə - Zəfər tağına qədər "tələblərin səsləndirilməsi ilə istənilən nümayişlər", eləcə də "elan edilməmiş toplantılar" qadağan ediləcək.
Son həftələrdə Makron və Fransa hökumətinin üzvləri göründüyü yerdə pensiya islahatının əleyhdarları “qazan konsertləri” təşkil edirlər.



Baxış sayı: 265


Bölməyə aid digər xəbərlər