Bütün xəbərlər
Ukrayna vətəndaşı Almaniyada rusiyayönlü aksiya keçirib
Tarix: 06-05-2023 22:16 | Bölmə: Dünya


Almaniyanın qərbində mayın 6-da şənbə günü "Bir daha müharibə olmasın. Rusiya ilə sülh" devizi altında rusiyayönlü aksiya keçirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, orada 200-ə yaxın insan iştirak edib.
“Bild” qəzetinin məlumatına görə, aksiyanı Ukrayna vətəndaşı Yelena Kolbasnikova təşkil edib. O, Almaniyada böyük rusiyapərəst mitinqlərin təşkilatçısı kimi tanınır.
Nümayişçilər Leverkuzen şəhərindən Kölnə doğru yürüş ediblər. Əllərində Rusiya və Sovet bayraqları gəzdirdilər. Bəzilərinin sinələrində Müqəddəs Georgi lentləri vardı.
Yelena Kolbasnikova aksiyanın məqsədini şərh edib. Onun sözlərinə görə, onlar Ukraynaya silah tədarükünün dayandırılmasını tələb edirlər, çünki buna görə hər gün daha çox insan ölür. Nümayişçilər mövcud vəziyyətin diplomatik yolla həllinin tərəfdarıdırlar.
Kolbasnikovanın yaşadığı Köln prokurorluğu daha əvvəl ona qarşı cinayət işi açmışdı. Səbəb isə Rusiyanı dəstəkləyən bəyanatlar olub. Qadın uzun illərdir Almaniyada yaşayır. Onu üç ilə qədər həbs gözləyir.


Baxış sayı: 195


Bölməyə aid digər xəbərlər