Bütün xəbərlər
15 min ukraynalı hərbçi Böyük Britaniyada təlim keçib
Tarix: 05-05-2023 22:36 | Bölmə: Dünya


15 minə yaxın ukraynalı əsgər Böyük Britaniyada təlim keçib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal öz Telegram kanalında məlumat verib.
Siyasətçi Böyük Britaniyaya “İnterfleks” əməliyyatına başladığına görə təşəkkür edib. Bundan əlavə, Şmıxal qeyd edib ki, onlar Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri ilə Ukraynanın əks-hücum və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün zəruri addımları razılaşdıra biliblər.
Baş nazirin sözlərinə görə, daha bir qrup hərbçi təlimlərə başlayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirak etdiyinə diqqət çəkib. Onlar Kiyevə təkcə silahla deyil, həm də təlimlərdə kömək edirlər.


Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər