Bütün xəbərlər
Maduro Putinə zəng edərək Ukraynanın dronlarının Kremlə hücumunu pisləyib
Tarix: 04-05-2023 23:02 | Bölmə: Dünya


Venesuela prezidenti Nikolas Maduro rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, telefon danışığında Ukraynanın pilotsuz təyyarələrinin Kremlə hücumunu pisləyib. Maduro Venesuela xalqı adından Rusiya ilə həmrəy olduğunu və Karakasın dəstəyini ifadə edib.
Kremlin mətbuat xidməti əlavə edib ki, Putin və Maduro Rusiya-Venesuela strateji tərəfdaşlığının gələcək inkişafının aktual məsələlərini, ticarət-iqtisadi, enerji və humanitar sahələrdə birgə layihələri müzakirə ediblər. Hər iki dövlətin başçıları ölkələr arasında müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Mayın 3-nə keçən gecə Ukrayna Rusiya prezidenti Vladimir Putinin Kreml iqamətgahını iki pilotsuz təyyarə ilə vurmağa cəhd edib. İHA-lar sıradan çıxıb və qəzaya uğrayıb. Kremldə bu hücum planlaşdırılan terror aktı və Rusiya dövlətinin başçısının həyatına qəsd kimi qiymətləndirilib. Rusiya cavab hüququnu özündə saxlayır. Kremlin mətbuat xidməti zərurət yarandıqda cavab tədbirləri görüləcəyini vurğulayıb. Hadisə Putinin iş qrafikinə təsir etməyib. Normal işləməyə davam edir.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər