12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
İsrail: "İranın 5 nüvə bombası istehsal etmək üçün kifayət qədər materialı var"
Tarix: 04-05-2023 22:49 | Bölmə: Dünya


İsrailin müdafiə naziri Yoav Qalant deyib ki, İran 5 nüvə bombası yaratmaq üçün 20% və 60% zənginləşdirilmiş urana malikdir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hərbi idarə rəisinin sözlərinə görə, uranın 90%-ə qədər zənginləşdirilməsi Tehran üçün səhv olardı, TASS agentliyi yazır. Çünki o, "regionu alovlandıra bilər". Qalant xəbərdarlıq edib ki, İsrail respublikanın nüvə silahı yaratmasının qarşısını almaq üçün hər vasitədən istifadə edəcək.
Bundan əvvəl baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail və ABŞ İranı təhdid kimi görür və İslam Respublikasının nüvə silahlanması prosesinin qarşısını almağı zəruri hesab edir.
Netanyahu deyib ki, İsrail ordusu və ABŞ ordusu bu yaxınlarda İsrail tarixində ən böyük hərbi təlim keçirib.



Baxış sayı: 221


Bölməyə aid digər xəbərlər