Bütün xəbərlər
Bir qrup ABŞ konqresmeni Baydenin korrupsiya sxemində əli olması barədə məlumat alıb
Tarix: 03-05-2023 23:58 | Bölmə: Dünya


Bir qrup Respublikaçı konqresmen prezident Baydeni ABŞ-ın vitse-prezidenti olduğu dövrdə xarici vətəndaşla korrupsiya sxemində iştirak etməkdə ittiham edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların iddiasına görə, Bayden ABŞ-da müəyyən siyasi qərarlar qəbul etmək üçün pul ala bilər.
Respublikaçılar ittihamlarını FTB-nin onlara təqdim etdiyi və iddia edilən cinayət sxeminin təfərrüatlarını açıqlayan sənədə əsaslanır.
Nümayəndələr Palatasının Nəzarət və İslahat Komitəsinin sədri Ceyms Komer FTB-dən bu sənədin ABŞ parlamentində araşdırılması üçün təqdim edilməsini tələb edib. “Amerika xalqı bilməlidir ki, prezident Bayden Amerika Birləşmiş Ştatlarını pul qazanmaq üçün satıb, yoxsa yox”, - deyə, deputat Ceyms Komer bildirib.


Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər