12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Vandallar Rusiyanın Finlandiyadakı konsulluğuna hücum ediblər
Tarix: 03-05-2023 22:19 | Bölmə: Dünya


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Finlandiyaya məxsus Aland adalarında Rusiyanın Konsulluğuna qarşı vandalizm aktı törətdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Mariya Zaxarovanın çərşənbə günü, mayın 3-də Mariehamn şəhərində baş vermiş insidentlə bağlı şərhi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında dərc olunub. Zaxarovanın verdiyi məlumata görə, aprelin 30-dan mayın 1-nə keçən gecə naməlum şəxslər Aland adalarında yerləşən konsulluğun ərazisinə partlayıcı səs qurğusu və digər əşyalar atıblar. Rusiya xarici missiyasının binasına maddi ziyan dəyib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi təcavüzkarların hərəkətlərinin Rusiya missiyasının üzvlərinin həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaratdığına diqqət çəkib. Rusiyanın Helsinkidəki səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək, günahkarların məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsini və Aland adalarında Rusiya konsulluğunun əməkdaşlarının və əmlakının lazımi səviyyədə təhlükəsizliyini təmin etməyi tələb edib.



Baxış sayı: 214


Bölməyə aid digər xəbərlər