Bütün xəbərlər
Berlində hücum zamanı iki azyaşlı qız bıçaqlanıb
Tarix: 03-05-2023 21:43 | Bölmə: Dünya


Almaniyanın paytaxtında çərşənbə günü günortadan sonra naməlum şəxs 7 və 8 yaşlı iki məktəbli qıza bıçaqla hücum edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,yaralılar xəstəxanaya yerləşdirilib.
“RİA Novosti” xəbər verir ki, hadisə mayın 3-də Berlinin Neukölln rayonunda məktəb binasının yaxınlığında baş verib. İlkin məlumata görə, uşaqlar bıçaq xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Qızlardan birinin vəziyyəti ağırdır. Polis hadisəni törədən şəxsin tutulduğunu elan edib. Onun şəxsiyyəti və motivləri araşdırılır.


Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər