12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
BMT Ukraynada həlak olan mülki şəxslərlə bağlı hesabat dərc edib
Tarix: 02-05-2023 23:15 | Bölmə: Dünya


Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi öz rəsmi saytında Ukraynada xüsusi hərbi əməliyyatın başlanmasından bəri ölən və yaralananların sayı barədə hesabat dərc edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, sənəddə 2022-ci il fevralın 24-dən 2023-cü il mayın 1-dək 8709 mülki şəxsin həlak olduğu, 14666 nəfərin yaralandığı bildirilir.
2023-cü ilin aprelində hesabata görə, Rusiya Federasiyasının nəzarətində olan ərazilərdə 35 mülki şəxs həlak olub, 70 nəfər yaralanıb. Ümumilikdə, NMD başlayandan bəri bu ərazilərdə 4573 mülki itki qeydə alınıb - 1955 ölən və 2618 yaralı.
Bunlardan Donetsk və Luqansk vilayətlərində 679 nəfər həlak olub, 2366 nəfər yaralanıb, Rusiya Federasiyası Silahlı Qüvvələrinin nəzarətində olan digər bölgələrdə isə müvafiq olaraq 1276 və 252 nəfər yaralanıb.
OHCHR sənədinə əsasən mülki əhali arasında itkilərin əksəriyyəti “partlayıcı silah”dan istifadə ilə bağlıdır. Dinc sakinlərin ölməsi və yaralanmasına görə hansı tərəfin məsuliyyət daşıdığı hesabatda göstərilmir.



Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər