Bütün xəbərlər
Səudiyyə Ərəbistanı rusların Sudandan çıxarılmasına kömək edib
Tarix: 30-04-2023 22:49 | Bölmə: Dünya


Rusiyanın Ciddədəki Baş Konsulluğunun sözçüsü Ruslan Usmanov bildirib ki, Rusiya vətəndaşları iğtişaşların hökm sürdüyü Sudandan Səudiyyə Ərəbistanından hərbi gəmilərlə təxliyə edilir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda 40-a yaxın adam çıxarılıb.
"Onlar (Səudiyyə orqanları) bu məsələni öz üzərinə götürüblər", - diplomat TASS müxbirinə müsahibəsində deyib.
Usmanovun sözlərinə görə, ruslar Sudan limanında götürülür və Ciddə limanına dəniz bazasına çatdırılır. Burada onları Rusiya Baş Konsulluğunun əməkdaşları qarşılayır.
O əlavə edib ki, təxliyyə edilən ruslar Ciddədə uzun müddət qalmırlar - əksəriyyəti artıq Rusiya və ya digər ölkələrə gedib.
Bu arada, Sudan Çevik Reaksiya Qüvvələri (Xüsusi Qüvvələr) aprelin 30-da humanitar atəşkəsin daha 72 saat uzadıldığını elan edib. Gecə yarısı (1 may Moskva vaxtı ilə 01:00) başa çatmalı idi.
Xüsusi təyinatlıların sözçüsü Twitter-də ordunun atəşkəsi pozmasına baxmayaraq, çevik reaksiya qüvvələrinin atəşkəsə sadiqliyini təsdiqləyib.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər