12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Mark Qaleotti ABŞ-ın qorxularından danışıb
Tarix: 27-04-2023 23:06 | Bölmə: Dünya


ABŞ Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələri artırmasının təhlükəli eskalasiyaya səbəb olacağından ehtiyat edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə köşə yazarı Mark Qaleotti məlumat verib, onun məqaləsi "Spectator"-da dərc olunub.
Jurnalistin sözlərinə görə, ABŞ ukraynalıları təhlükəli hərəkətlərdən saxlamaq üçün hər şeyi edir, lakin Vaşinqtonun cəhdləri həmişə uğurlu olmur.
Qaleotti onu da qeyd edir ki, Ağ Ev dəfələrlə Ukrayna xüsusi xidmət orqanlarının ambisiyalarından narahatlığını bildirib. ABŞ-ın Ukraynaya müəyyən növ silahlar verməməsi Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərində hücumlar həyata keçirmək imkanlarını məhdudlaşdırmaq cəhdidir.



Baxış sayı: 196


Bölməyə aid digər xəbərlər