Bütün xəbərlər
İsveç 5 rus diplomatını ölkədən çıxarıb
Tarix: 25-04-2023 20:19 | Bölmə: Dünya


İsveç beş rus diplomatının fəaliyyətinin "diplomatik statusa uyğun gəlmədiyi" iddiasıyla ölkədən çıxarıldığını elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə çərşənbə axşamı ölkənin xarici işlər naziri Tobias Billstrom bildirib.
“Onların ərazimizdəki fəaliyyəti onların diplomatik statusu ilə bir araya sığmırdı”, o, SVT-yə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Rusiya səfiri Viktor Tatarintsev İsveç Xarici İşlər Nazirliyinə çağırılıb və ona məlumat verilib ki, Rusiya diplomatik missiyasının beş əməkdaşı “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətə görə” ölkəni tərk etməli olacaqlar.
TASS-dakı mənbənin sözlərinə görə, Rusiya diplomatlarının ölkədən çıxarılmasına reaksiya verəcək. “Cavab mütləq gələcək”, - mənbə bildirib.
Sonuncu dəfə İsveç ötən ilin aprelində üç rusiyalı diplomatı ölkədən çıxarmışdı.


Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər