12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Lula da Silva nə Rusiyaya, nə də Ukraynaya getməyəcək
Tarix: 22-04-2023 21:09 | Bölmə: Dünya


Braziliya prezidenti Luiz İnasio Lula da Silva sülhməramlı missiya ilə Moskva və Kiyevə getməyə hazırlaşmayacağını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Braziliya lideri hesab edir ki, Şərqi Avropada sülhün qurulması üçün mühit hələ yaradılmayıb, ona görə də səfər mənasızdır.
Buna baxmayaraq, Portuqaliyada mətbuata danışan Lula da Silva bir daha vurğuladı ki, Braziliya qan tökülməsini dayandıracaq danışıqlar prosesinin tez başlamasının tərəfdarıdır.
"Biz sülh tapmaq üçün həm Ukrayna, həm də Rusiya ilə danışıqlar masası arxasına əyləşəcək ölkələr qrupu yaratmalıyıq", - RİA Novosti prezidentin sözlərindən sitat gətirib.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər