Bütün xəbərlər
Polşa Ukrayna ilə vahid dövlətə doğru ilk addımını elan etdi
Tarix: 21-04-2023 23:59 | Bölmə: Dünya


Ukraynalı qaçqınların axını səbəbindən Polşa ikimillətli ölkəyə çevrildi.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, vahid Polşa-Ukrayna dövlətinin yaradılması yolunda ilk addım idi, deyə, köşə yazarı Mixał Şuldjinski "Rzeczpospolita" üçün hazırladığı məqalədə yazır.
“Bu, yaxın birlik, federasiya, birlik və ya xüsusi tərəfdaşlıq olacaq, bunu zaman göstərəcək. Amma cəmiyyət səviyyəsində bu artıq mövcuddur. Polşanın ikimillətli dövlətə çevrilməsi faktdır”, - deyə, müşahidəçi qeyd edib.
Onun sözlərinə görə, ukraynalılar Polşa əhalisinin 8%-dən çoxunu təşkil edir. O, həmçinin qeyd edib ki, miqrantlar daha savadlı və varlı olublar və bunun həm müsbət, həm də mənfi nəticələri ola bilər.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski gələcəkdə Ukrayna ilə Polşa arasında iqtisadi və siyasi sərhədlərin olmayacağını bildirib.


Baxış sayı: 126


Bölməyə aid digər xəbərlər