Bütün xəbərlər
ABŞ-da yanacaq daşıyan maşının partlaması nəticəsində bir nəfər ölüb
Tarix: 21-04-2023 23:46 | Bölmə: Dünya


Cümə günü səhər ABŞ-ın Konnektikut ştatının əsas körpüsündə böyük qəza, partlayış və irimiqyaslı yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şahidləri müxtəlif rakurslardan hadisə yerindən yüksələn nəhəng qara tüstüləri lentə alıblar.
“The New York Times”ın istinad etdiyi ilkin məlumatlara görə, aprelin 21-də Qroton və Nyu London şəhərlərini birləşdirən əsas Qızıl Ulduz Memorial Körpüsündə yanacaq daşıyan yük maşını aşıb və partlayıb.
Hadisə nəticəsində dövlətlərarası avtomobil yolunun bir hissəsi bağlanıb. Ən azı bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir. Daşınan yüklə bağlı hələlik məlumat verilmir. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər