Bütün xəbərlər
Kennedi oğlunun Ukraynada döyüşdüyünü deyib
Tarix: 20-04-2023 22:48 | Bölmə: Dünya


ABŞ prezidentliyinə demokrat namizəd Robert Kennedi oğlu Konorun Ukrayna Silahlı Qüvvələrindən Ukraynadakı döyüşlərdə iştirak etdiyini bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi bu barədə "Fox News" telekanalında məlumat verib.
Robert Kennedinin dediyinə görə, oğlu xüsusi təyinatlılara qoşulub. O, Xarkov hücum əməliyyatında iştirak edib.
Amerikalı siyasətçinin oğlunun Ukrayna Silahlı Qüvvələrinin tərəfindəki xidməti qısamüddətli olub. Robert Kennedi oğlunun hərbi əməliyyatlarda kimə xidmət etdiyini, eləcə də orada hansı uğurlara imza atdığını dəqiqləşdirməyib.
Bundan əvvəl ABŞ-ın 35-ci prezidentinin qardaşı oğlu olan Robert Kennedi prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı. Gələn il seçkilər keçiriləcək.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər