Bütün xəbərlər
Sudanda xüsusi təyinatlılar tərəfindən saxlanılan Misir əsgərləri vətənlərinə qayıdıblar
Tarix: 19-04-2023 23:06 | Bölmə: Dünya


Sudanda hərbçilərlə qarşıdurmaya girən çevik qüvvələr qarşıdurmanın ilk günlərində Merov şəhərində Misir əsgərlərini saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü məlum olub ki, misirlilər azad edilib vətənə qayıdıblar.
TASS xəbər agentliyinin məlumatına görə, aprelin 15-dən Sudanın Merov aerodromunda çevik reaksiya qüvvələrinin nəzarətində olan bütün Misir hərbçiləri azad edilib. Hərbçilərin birinci qrupu artıq Qahirəyə qayıdıb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Bu arada, çərşənbə günü məlum olub ki, aprelin 17-də ölkələr arasında sərhədin 1,4 min kilometrə yaxın hissəsinin əvvəllər bağlanmasına baxmayaraq, 320-yə yaxın hərbçi Sudandan Çad ərazisinə qaçmağa cəhd edib.
Qonşu dövlətin sərhədçiləri bir qrup hərbçini saxlayıb zərərsizləşdiriblər. Saxlanılanların döyüşən tərəflərdən hansına aid olduğu açıqlanmır. Çad hakimiyyəti münaqişənin sərhədyanı bölgələrə yayıla və oradakı vəziyyəti çətinləşdirə biləcəyindən ehtiyatlanır.


Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər