12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Makronun kortejini fitə basıblar
Tarix: 19-04-2023 23:01 | Bölmə: Dünya



Fransa prezidenti Emmanuel Makronun Mathis ağac emalı zavoduna səfəri zamanı xoşagəlməz hadisə baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müəssisədə elektrik enerjisi kəsilib, dövlət başçısının korteji fitə basıblar. Bu barədə BFMTV telekanalı məlumat yayıb.
Aksiyanın təşəbbüskarları “Ümumi Əmək Konfederasiyası” həmkarlar ittifaqının nümayəndələridir. Onlar bunu əvvəlcədən planlaşdırıblar.
Bundan əlavə, etirazçılar Emmanuel Makronun kortejini “qazan konserti” ilə qarşılayıblar. Mətbəx qablarını qaşıqla döyərək Fransa prezidentini işdən çıxmağa çağırıblar.
Bazar ertəsi, aprelin 17-də Fransanın bir çox şəhərlərində qondarma boş tavaların yürüşləri keçirilib. Belə ki, vətəndaşlar pensiya islahatına etiraz ediblər.
Bundan əvvəl Fransa Konstitusiya Şurası pensiya islahatları haqqında qanun layihəsinin əsas maddəsini təsdiqləyib. Bu, ölkədə pensiya yaşının 2030-cu ilə qədər tədricən 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər