Bütün xəbərlər
Kennedinin qardaşı oğlu ABŞ prezidentliyi uğrunda mübarizə aparacaq
Tarix: 19-04-2023 22:16 | Bölmə: Dünya


ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasi fəal kiçik Robert Kennedi ölkənin ən yüksək hökumət postuna namizədliyini irəli sürdüyünü rəsmən bəyan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, seçkilər 2024-cü ildə keçiriləcək.
Yeni namizəd “dövlət aparatı ilə korporativ hakimiyyət arasındakı korrupsiyaya” son qoymaq istədiyini bildirib.
Kiçik Kennedi hazırkı Amerika lideri Co Baydenin mənsub olduğu Demokratlar Partiyasından namizəd olmaq üçün müraciət etmək niyyətindədir.
Robert Kennedinin 69 yaşı var, o, senator Robert Kennedinin (1925-1968) oğlu, Con Kennedinin (1917-1963) kiçik qardaşıdır. Amerikalı jurnalistlərin fikrincə, o, ekoloji mövzularda ixtisaslaşıb, koronavirus pandemiyası zamanı o, anti-vaksinator kimi şöhrət qazanıb, RİA Novosti yazır.
Respublikaçılar Partiyasının nümayəndəsi, ABŞ-ın keçmiş prezidenti Donald Tramp artıq prezident seçkilərində namizədliyinin qeydə alınması üçün Seçki Komissiyasına rəsmi ərizə təqdim edib. Bayden bir neçə dəfə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirsə də, hələlik rəsmi olaraq namizədliyini irəli sürməyib.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər