Bütün xəbərlər
ABŞ Ukraynaya 325 milyon dollar yardım ayırıb
Tarix: 19-04-2023 22:06 | Bölmə: Dünya


ABŞ Ukraynaya daha 325 milyon dollarlıq hərbi yardım paketi təqdim edir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Ev və Pentaqonun bəyanatlarında deyilir.
Müvafiq əmri ABŞ prezidenti Co Bayden verib.
Kiyevə növbəti hərbi yardım paketinə artilleriya üçün döyüş sursatı, HIMARS reaktiv yaylım atəş sistemləri, AT-4 tank əleyhinə sistemlər, minalar, atıcı silahlar üçün doqquz milyon patron və s. daxildir.
Pentaqonun bəyanatında qeyd edilir ki, xüsusi əməliyyat başlayandan bəri Vaşinqtonun Kiyevə hərbi yardımının ümumi məbləği 35,4 milyard dollara çatıb.
Bundan əvvəl Pentaqondakı mənbə ABŞ və müttəfiqlərinin Ukraynaya sonuncu döyüş sursatını verdiyini bildirmişdi.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər