12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Pekində xəstəxanada baş verən yanğında 20-dən çox insan həlak olub
Tarix: 18-04-2023 21:44 | Bölmə: Dünya


Pekində xəstəxanada baş verən yanğında azı 21 nəfər ölüb, yaralananların sayı onlarladır, "Pekin Daily" qəzeti yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə aprelin 28-də saat 13 radələrində şəhər mərkəzindən cənub-qərbdə yerləşən Fengtai ərazisində baş verib. Yanğın, ilkin məlumatlara görə, binanın yeddinci və ya səkkizinci mərtəbələrində baş verib, kəskin tüstü dərhal dəhlizləri dolduraraq xəstələrin və əməkdaşların geri çəkilmə yolunu kəsib. Hadisə yerindən çəkilmiş kadrlardan görünür ki, insanlar pəncərələrdən qaçmağa çalışsalar da, böyük hündürlükdən yıxılıblar.
Yanğınsöndürənlərə yanğını nəzarət altına almaq üçün təxminən yarım saat vaxt sərf olunub. Binalara baxış keçirilərkən 21 nəfərin meyiti aşkar edilib, onların hamısının, ehtimal ki, yanma məhsullarından zəhərləndiyi bildirilir.
70-dən çox xəstə binadan çıxarılaraq bitişik qanadda yerləşdirilib.
Baş verənlərin səbəbləri hələ müəyyən edilməyib.



Baxış sayı: 168


Bölməyə aid digər xəbərlər