Bütün xəbərlər
Çin ABŞ-ı Şimali Koreya yaxınlığında hərbi təlimləri dayandırmağa çağırıb
Tarix: 17-04-2023 23:55 | Bölmə: Dünya

Çinin BMT-dəki nümayəndəsi ABŞ-ı Şimali Koreya yaxınlığında təxribat xarakterli hərbi təlimləri dayandırmağa çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ və müttəfiqlərinin rəhbərliyi KXDR yaxınlığında təxribat xarakterli hərbi təlimlərin pis praktikasına son qoymalıdır. Bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi bildirib.
Pekinin fikrincə, Koreya yarımadasında təhlükəsizlik məsələləri üzrə Pxenyanla dialoqu bərpa etmək, Şimali Koreyanı bu cür təlimlərlə təhrik etməmək vacibdir.
Bundan əvvəl ABŞ və onun müttəfiqləri - Yaponiya və Cənubi Koreya Yapon dənizində genişmiqyaslı təlimlərə başlayıb. Aydındır ki, onların məqsədi Şimali Koreyaya güc göstərməkdir, lakin bu cür hərəkətlər yalnız əlavə eskalasiyaya səbəb olur.


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər