Bütün xəbərlər
Sudan xüsusi təyinatlıları yerli televiziyanın qərargahına nəzarəti ələ keçirib
Tarix: 15-04-2023 21:34 | Bölmə: Dünya


Sudan xüsusi təyinatlıları ölkənin paytaxtı Xartumda yerləşən milli televiziyanın qərargahına nəzarəti ələ keçirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, televiziya artıq yayımını dayandırıb.
Bundan əvvəl Sudan xüsusi təyinatlılarının hərbçilərlə döyüşə girdiyi məlum olub. TASS agentliyi yazır ki, münaqişənin hər iki tərəfi bir-birini atəş açmaqda ittiham edir.
Hazırda çevik reaksiya qüvvələrinin Sudanın iki hava limanını ələ keçirdiyini elan etdiyi bildirilir. Lakin ölkənin silahlı qüvvələri bu məlumatı təkzib edib.
Bundan əlavə, Xartumdakı prezident sarayının bütün girişləri ordunun zirehli texnikası ilə bağlanıb.
Xatırladaq ki, Sudanda vəziyyət xüsusi təyinatlıların komandanı Məhəmməd Həmdan Daqlo ilə silahlı qüvvələrin rəhbəri Əbdülfəttah əl-Burhan arasında fikir ayrılığı səbəbindən gərginləşib.
Aprelin 12-dən 13-nə keçən gecə ordu xüsusi təyinatlılara Xartumu tərk etməyi əmr etsə də, çevik qüvvələr, əksinə, şəhərə əlavə bölmələr yerləşdirib.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər