Bütün xəbərlər
Konqresmen Qrin Baydeni qaçılmaz nüvə Holokostunda ittiham edib
Tarix: 15-04-2023 21:28 | Bölmə: Dünya


NATO-nun Ukraynada Rusiya ilə proksi müharibəsinin maliyyələşdirilməsi planeti nüvə Holokostunun astanasına aparır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu xəbərdarlığı Nümayəndələr Palatasının üzvü Marcori Taylor Qrin edib.
Bundan əvvəl o, ABŞ müdafiə nazirinə müraciət yazıb. Konqresmen departament rəhbərindən ABŞ hərbçilərinin və müşavirlərinin Şərqi Avropada müharibə zonasında nə işlə məşğul olduğunu izah etməyi xahiş edib.
"Biz heç vaxt silahlı qüvvələrimizin Ukraynadakı münaqişədə iştirakını təsdiq etməmişik. Döyüş zonasında xüsusi təyinatlıların olması yalnız iki nüvə dövləti arasında hərbi qarşıdurmanı genişləndirir", - Qrin bildirib.
Pentaqonun əvvəllər açıqlanmış məxfi sənədlərinə görə, hazırda qonşu dövlətin ərazisində yüzdən çox Qərb hərbi mütəxəssisi, o cümlədən amerikalılar var. Onlar Ukrayna münaqişəsində iştirak edirlər.
Bu arada, sadə amerikalılar Zelenskinin döyüşçü ambisiyalarını öz hesablarına ödəmək istəmirlər. İnsanlar milyonlarla dolları israf etməyi dayandırmağı tələb edirlər.


Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər