Bütün xəbərlər
Şoyqunun dəvəti ilə Çin Müdafiə Nazirliyinin rəhbəri Rusiyaya səfər edəcək
Tarix: 14-04-2023 11:54 | Bölmə: Dünya

Aprelin 16-dan 19-dək Çin Müdafiə Nazirliyinin rəhbəri Li Şanqfu Rusiyada rəsmi səfərdə olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefeinin sözlərinə görə, səfər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutacaq.
Qeyd olunur ki, Şanfu Rusiya ordusunun rəhbərliyi ilə danışıqlar aparacaq, həmçinin Rusiya hərbi təhsil müəssisələrinə baş çəkəcək, - RİA Novosti xəbər verir.
Çin Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb ki, “son illərdə iki dövlətin liderlərinin strateji rəhbərliyi altında Çin və Rusiya silahlı qüvvələri arasında əlaqələr yüksək səviyyədə fəaliyyət göstərib”.
“Strateji kommunikasiyalar, birgə təlimlər və praktiki əməkdaşlıq sahəsində yeni irəliləyişlər əldə olunub”, - o bildirib.
Tan Kefei qeyd edib ki, Çin və Rusiya orduları arasında bu cür əlaqələr “yeni dövrdə Rusiya-Çin münasibətlərinin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın strateji məzmununu daim zənginləşdirir”.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər