Bütün xəbərlər
Keniyada özünü şahmatçı kimi göstərən şəxs ifşa edilib
Tarix: 12-04-2023 22:59 | Bölmə: Dünya


Şahmat üzrə Keniya Açıq Çempionatının təşkilatçıları qadınların turnirində iştirak edənlərdən birini dayandırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlum olub ki, şahmatçı özünü iddia etdiyi adam deyil.
Keniya çempionatına qatılan Millicienta Avuorun kişi olduğu üzə çıxıb. Fırıldaqçı müsabiqədən kənarlaşdırılıb.
Millicienta Avuor özünü ortodoks müsəlman qadını kimi təqdim edib və yarışa üzünü örtən baş geyimində və gözləri üçün dar yarıqla gəlib. Eyni zamanda Millicient heç kimlə danışmayıb. “RİA Novosti” xəbər verir ki, turnirin təşkilatçıları şahmatçının yerişindən və ayaqqabılarından şübhələniblər.
Dördüncü turdan sonra təşkilatçılar şübhəli şahmatçını yoxlamaq qərarına gəliblər. Milliciente saxtakarlığı üzə çıxaran sənədləri təqdim etməli idi. Məlum olub ki, müəyyən bir tələbə bu ad altında gizlənib, pul mükafatına arxalanıb. Amma sonda şahmatçı qadınların turnirindən kənarlaşdırılıb, diskvalifikasiya edilib və cərimələnib.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər