Bütün xəbərlər
Polşa "Abrams" üçün tükənmiş uran sursatları istehsal etmək istəyir
Tarix: 12-04-2023 23:23 | Bölmə: Dünya


Polşa öz ərazisində tükənmiş uranla Amerikanın "Abrams" tankları üçün sursat istehsal etmək istəyir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mateuş Moravetski bildirib.
Bundan əlavə, Varşava Avropanın Abrams tanklarına texniki xidmət mərkəzinə ev sahibliyi etmək istəyir.
Həmçinin ölkə hakimiyyəti Amerikanın JASSM-XR raketlərini almaq niyyətindədir. Moravietski aşağıdakılara diqqət çəkdi: belə raketlərin uçuş məsafəsi bir neçə yüz kilometrə çatır.
Bundan əvvəl ABŞ-ın bu ilin sonuna qədər Ukraynanı “Abrams” tankları ilə təchiz etmək istədiyi bildirilirdi.


Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər