Bütün xəbərlər
Vaşinqtonda bir dəfn evinin qarşısında bir neçə nəfər güllələnərək öldürülüb
Tarix: 11-04-2023 23:31 | Bölmə: Dünya


Aprelin 11-i günorta Vaşinqtonun şərqində atışma olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, dörd nəfər hücumçuların qurbanı olub.
RİA Novosti-nin çərşənbə axşamı yaydığı silahlı hücumun təfərrüatları hələlik açıqlanmayıb. Rəsmi məlumatdan belə çıxır ki, atışma Amerika paytaxtının şimal-şərq hissəsində baş verib, qurbanlar var. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlıqdakı küçələri bağlayıblar.
Bu arada yerli KİV-lər dəfn evində olan iki kişi və iki qadının naməlum şəxslərin qurbanı olduğunu yazır. Ola bilsin ki, atışma əvvəllər də güllələnmiş gəncin dəfn mərasimində baş verib. Bu məlumat yenilənir.
Hücum edənlərin avtomobillə hadisə yerindən qaçdığı güman edilir. Onların axtarışı aparılır. Polis eyni vaxtda şəhərdə daha bir neçə atışma epizodunun baş verdiyini bildirdi. Hadisələrin əlaqəli olub-olmadığı hələlik məlum deyil.


Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər