Bütün xəbərlər
Marseldə evin dağıntıları altından 6 meyit tapılıb
Tarix: 10-04-2023 23:14 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fransa xilasediciləri dağıntıların çıxarılması və Marselin mərkəzində yaşayış binasının uçması nəticəsində xəsarət alanların axtarışı üzrə əməliyyatları davam etdirirlər.
Bundan əvvəl bildirilmişdi ki, aprelin 9-na keçən gecə Marselin mərkəzində Tivoli küçəsindəki 17 nömrəli evdə dördmərtəbəli yaşayış binası uçub. Yaxınlıqdakı onlarla evdən 200-ə yaxın insan təxliyə edilib. Əvvəllər dağılma səbəbi partlayış adlandırılsa da, bu versiya hələ rəsmi təsdiqini tapmayıb.
Bazar ertəsi günortadan sonra dağıntılar altından dörd nəfərin cəsədinin çıxarıldığı məlum olub. RİA Novosti agentliyinin məlumatına görə, axşam saatlarında ölənlərin sayı 6 nəfərə çatıb. Çökmə yerində işlər davam edir.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər