Bütün xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu 50 kq döyüş başlığına malik kamikadze pilotsuz uçan aparatını uğurla sınaqdan keçirib
Tarix: 09-04-2023 23:51 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Tasnim" Xəbər Agentliyi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həyata keçirilən yeni "Meraj-532" pilotsuz təyyarəsinin İranda sınaqlarından görüntüləri dərc edib.
Məlumatda bildirilir ki, bu kamikadze dron gənc mütəxəssislər tərəfindən hazırlanıb.
İran İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının tədqiqat və özünü təminat şöbəsinin rəhbəri Əli Kuhestani qeyd edib ki, pilotsuz uçan aparat porşenli mühərriklə təchiz olunub. Qurğu təxminən 3,6 min metr yüksəklikdə 450 km məsafə qət etməyə qadirdir. Eyni zamanda PUA 50 kiloqramlıq döyüş başlığı ilə təchiz olunub.
Həmçinin qeyd edilir ki, dron istənilən avtomobildən buraxıla bilər.



Baxış sayı: 208


Bölməyə aid digər xəbərlər