12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Bayden fövqəladə vəziyyətin müddətini uzadaraq Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə imkan verdi
Tarix: 07-04-2023 21:18 | Bölmə: Dünya


ABŞ prezidenti Cozef Bayden milli təhlükəsizlik sahəsində fövqəladə vəziyyətin müddətini bir il uzadıb ki, bu da yeni anti-Rusiya sanksiyalarının tətbiqinə imkan verir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Evin dərc etdiyi sənəddən məlum olduğu kimi, belə bir qərar Moskvanın “zərərli xarici fəaliyyəti” əsasında qəbul edilib.
Rusiyadan olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar ABŞ-da əmlak və aktivlərin bloklanmasını nəzərdə tutur. Bu cür məhdudiyyətlərin səbəbləri arasında “ABŞ-da və onun müttəfiqləri və tərəfdaşları arasında azad və demokratik seçkilərin keçirilməsinə xələl gətirmək”, “zərərli kiber fəaliyyətlər” və “xarici hökumətlərə təsir etmək üçün transmilli korrupsiyadan istifadə etmək” daxildir.
ABŞ prezidentinin qanunvericiləri fövqəladə vəziyyətin uzadılması ilə bağlı xəbərdar etdiyi sənəddə sanksiyaların tətbiqi zərurəti milli təhlükəsizliyə “qeyri-adi və fövqəladə təhlükə” yaradan “Rusiya Federasiyasının düşmənçilik fəaliyyəti” ilə bağlıdır.
Rusiya prezidenti Vladimir Putin ötən il yanvarın 24-də Ukraynada hərbi xüsusi əməliyyata başladığını elan etdikdən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb və davam edir.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər