12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Tramp 34 maddənin heç birinə görə özünü təqsirli bilm
Tarix: 04-04-2023 23:32 | Bölmə: Dünya


Donald Tramp məhkəmə zalına aparılıb və ona qarşı ittiham irəli sürülməsi prosesi başlayır. Sabiq prezident artıq bəyan edib ki, ona aid edilən cinayətlərin heç birində özünü təqsirli bilmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ tarixində həbs edilən ilk sabiq prezident Nyu-York məhkəməsində günahsız olduğunu bəyan edib. Tramp 34 maddədə təsvir olunan cinayətlərdə hər hansı əli olduğunu inkar edib.
Donald Trampın rəsmi həbsi müdafiəsinin gözlədiyindən daha uzun sürdü. Vəkillər müdafiə etdikləri şəxsin yarım saatdan çox həbsdə olacağını düşünməyiblər. Əslində gözləmə bir saatdan çox çəkdi.
TASS-ın məlumatına görə, Tramp buna baxmayaraq məhkəmə zalına gəlib və hazırda ona qarşı ittihamların irəli sürülməsi prosesi bağlı qapılar arxasında keçirilir. Onun barəsində həbsin götürülüb-gətirilmədiyi barədə məlumat verilmir.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər