12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Stoltenberq Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı dialoqun başlanması üçün şərt adlandırıb
Tarix: 04-04-2023 23:31 | Bölmə: Dünya


Ukraynanın NATO-ya daxil olması ilə bağlı mənalı dialoqa yalnız o, “suverenliyini qoruyub saxladıqdan” sonra başlamaq olar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Komissiyasının iclasının yekunları üzrə deyib.
Eyni zamanda o qeyd edib ki, bu məsələdə alyansın mövqeyi dəyişməyib - “Ukrayna NATO-ya üzv olacaq”.
Bununla belə, o, bu məsələnin yay sammitində müzakirə olunub-olunmayacağı sualına cavab verməyib, - RİA Novosti xəbər verir.
Bundan əlavə, Stoltenberq bildirib ki, NATO üzvləri Ukraynaya qeyri-öldürücü yardım, o cümlədən yanacaq, dərman, rabitə sistemləri və ponton körpüləri üçün maliyyəni artırır.
Daha əvvəl "Financial Times"-ın diplomatik dairələrdəki mənbəsi bildirmişdi ki, alyans sadəcə olaraq Kiyevin ərizəsi olan məktuba məhəl qoymur.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər