Bütün xəbərlər
Ağ Ev rəsmisi qorxaqlıqda ittiham olunur
Tarix: 23-03-2023 20:01 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya pilotlarını təhqir etmək qorxaqlıqdır, Rusiyanın Vaşinqtondakı səfirliyi bildirib.
“Biz bildirməliyik ki, kobudluq və küçə xuliqanının vərdişləri Vaşinqtondakı rəsmi nümayəndələrin vərdişinə çevrilir”, – diplomatlar Ağ Evin sözçüsü Con Kirbinin bəyanatını şərh edərkən əlavə ediblər.
Xatırladaq ki, daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Qara dəniz üzərində Amerikanın "MQ-9" pilotsuz təyyarəsini ələ keçirən rusiyalı pilotlar haqqında mənfi fikirlər səsləndirmişdi.
Kirbi həmçinin Rusiya və Çinin İkinci Dünya Müharibəsindən sonrakı dünya nizamını pozduğunu iddia edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Ağ Ev koordinatorunun sözləri tarixi həqiqətlə ziddiyyət təşkil edir.
Söhbət Qərbə tabe olmağa, digər ölkələrin inkişafını ləngidən, Şərq və Cənub maraqlarına etinasız yanaşmaya əsaslanan dünya düzənindən gedirsə, o zaman belə bir dünya düzəni əksər ölkələr üçün doğrudan da qəbuledilməzdir.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər