12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
ABŞ hakimiyyəti etirazların dinc keçəcəyinə ümid edir
Tarix: 19-03-2023 19:36 | Bölmə: Dünya


Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Amerika mediasına bildirib ki, ABŞ hakimiyyəti keçmiş prezident Donald Trampın mümkün həbsi ilə əlaqədar iğtişaşlara hazırlıqla bağlı heç bir dəlil görmür.
"Lakin biz ölkə daxilində yerli və əyalət hökumətləri ilə işləyirik"- Kirbi deyib.
TASS xəbər verir ki, Ağ Evin sözçüsü “hər hansı etiraz aksiyaları olarsa, onların dinc keçəcəyinə” ümid etdiyini də bildirib.
Bir gün əvvəl Tramp sosial şəbəkədə onun həbsini martın 21-də gözlədiyini yazıb və tərəfdarlarını etiraza çıxmağa çağırıb.
Amerika telekanalları daha əvvəl məlumat vermişdilər ki, ABŞ-ın keçmiş prezidenti porno aktrisa Stormi Danielsə onların iddia edilən əlaqəsi barədə susması üçün pul ödəməsi ilə bağlı ittiham oluna bilər.
Eyni zamanda Trampın sözçüsü bildirib ki, siyasətçi ona qarşı mümkün ittihamlarla bağlı heç bir rəsmi bildiriş almayıb.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər