Bütün xəbərlər
ABŞ-da kimyəvi maddələrlə dolu daha bir yük qatarı relsdən çıxıb
Tarix: 16-03-2023 11:32 | Bölmə: Dünya


ABŞ-ın Arizona ştatında Kaliforniya və Nevada ilə sərhəd yaxınlığında təhlükəli kimyəvi maddələr daşıyan yük qatarı relsdən çıxıb, Fox 10 xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə çərşənbə günü axşam yerli vaxtla saat 20:00 radələrində Topok şəhəri yaxınlığında baş verib. Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır. Mojave qraflığının şerif ofisi heç bir təhlükəli maddənin sızmadığını bildirir.
Keçən fevral ayında Ohayoda vinilxlorid sızması qəza ilə nəticələndikdən sonra yerli sakinlər içməli suyun keyfiyyətindən və sağlamlıqdan şikayət etməyə başlayandan bəri yük qatarının qəzaları getdikcə daha çox Amerikanın diqqətini çəkir.


Baxış sayı: 119


Bölməyə aid digər xəbərlər