Bütün xəbərlər
Almaniya Ukrayna hərbçilərinə Leopard 2 tanklarında təlim
Tarix: 13-03-2023 23:02 | Bölmə: Dünya


Almaniya mətbuatı Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin Almaniyada təlim prosesini başa vurduğunu və bu müddət ərzində "Leopard 2" tanklarını mənimsədiyini yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, keçən bazar ertəsi, təlimin son mərhələsində ukraynalılar "Leopard 2"-dən istifadə edərək canlı atəş şəraitində hücum və geri çəkilmə məşqləri keçirdilər.
Almaniyada təlim Aşağı Saksoniyadakı Bergen hərbi poliqonunda keçirilib, təlimlər zamanı hədəflərin 82%-dən 85%-ə qədəri məhv edilib və alman təlimatçıları bunu çox yaxşı nəticə kimi qiymətləndiriblər.
Bundan əvvəl Almaniya, Polşa, Norveç də daxil olmaqla bir neçə ölkə Almaniya istehsalı olan "Leopard 2" tanklarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyini açıqlamışdı.


Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər