12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Trampın keçmiş müşaviri Baydenin siyasətini tənqid edib
Tarix: 13-03-2023 22:58 | Bölmə: Dünya


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton hazırkı dövlət başçısı Co Baydenin yürütdüyü siyasəti tənqid edib.
Bolton hesab edir ki, əgər hazırkı hökumət bir araya gəlməsə, daha da pisləşəcək. Siyasətçi qoşunların Əfqanıstandan çıxarılmasını fəlakətli kobud səhv adlandırıb. Belə ki, Bolton WABC radiostansiyasının efirində qeyd edib ki, Amerikanın maraqlarına dəhşətli zərbə vurulub.
Həmçinin Donald Trampın keçmiş müşaviri hesab edir ki, Co Bayden Amerika ordusunun modernləşdirilməsi üçün kifayət qədər vəsait ayırmır. Boltonun fikrincə, ABŞ ölkəni güclü və xarici təhlükələrdən qorunmaq üçün milli təhlükəsizlik siyasətinə daha ciddi yanaşmalıdır.
Siyasətçi Baydenin müdafiə xərclərini artırmağı təklif etdiyinə, lakin bu məbləğin inflyasiya səviyyəsindən aşağı olmasına diqqət çəkib. Təhlükəsizliyə 850 milyarda yaxın vəsait ayrılıb. Boltonun fikrincə, bu pul daxili problemlərə xərclənən təxminən 7 trilyonla müqayisədə solğundur. Dövlət xadimi hesab edir ki, bu, amerikalıların başına qayıdacaq.



Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər