Bütün xəbərlər
Petr Pavel Çex Respublikasının Prezidenti kimi and içib
Tarix: 09-03-2023 21:31 | Bölmə: Dünya


Çexiyanın yeni prezidenti Petr Pavel rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, açılış mərasimi Praqa qəsrinin Vladislav zalında keçirilir, burada 800-ə yaxın qonaq - parlamentin hər iki palatasının üzvləri, universitetlərin rektorları, xarici ölkələrin səfirləri iştirak edir.
Bundan əlavə, Pavel sarayın eyvanına çıxıb, vətəndaşları və turistləri salamlamalı, sonra isə Çexoslovakiya Respublikasının birinci prezidenti Tomaş Qarriq Masarıkın abidəsi önünə gül dəstələri qoymalı olacaq, RİA Novosti xəbər verir.
Xatırladaq ki, Peter Pavel keçmiş hərbçidir. Ordu generalı rütbəsinə qədər yüksəldi və NATO Hərbi Komitəsinə komandanlıq etdi. Prezident seçkilərində Pavel 58,32% səs toplayıb.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər