Bütün xəbərlər
Bolqarıstanlı deputat Sofiya meriyasının binasından Ukrayna bayrağını yerə atıb
Tarix: 09-03-2023 21:13 | Bölmə: Dünya


Bolqarıstan parlamentinin MİR partiyasından olan deputatı Atanas Stefanov Sofiya meriyasının eyvanında asılmış Ukrayna bayrağını yerə atıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi bildirib ki, Bolqarıstanın dövlət qurumlarında yalnız Bolqarıstanın simvolları asılmalıdır. Stefanov, ölkəsinin münaqişəyə qarışmasına etiraz olaraq bayrağı götürməsi ilə izah edib. Bolqarıstan sülh zonası olmalıdır.
Bundan əvvəl jurnalistlərə məlum olub ki, son iki il ərzində Bolqarıstan vasitəçilər vasitəsilə Ukraynaya 1 milyard dollar dəyərində silah verib.



Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər