Bütün xəbərlər
ABŞ və müttəfiqləri Ukraynanı iki yerə bölə bilər
Tarix: 05-03-2023 22:58 | Bölmə: Dünya


Amerikanın mühafizəkar “National Review” jurnalının köşə yazarı Noah Rothmanın fikrincə, Birləşmiş Ştatlar və müttəfiqləri Ukrayna münaqişəsini sülh danışıqları yolu ilə bitirmək niyyətindədirlər, Ukrayna isə iki yerə bölünə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun fikrincə, Volodymyr Zelenski hökumətinə "fait accompli" təqdim olunacaq.
Məqalə müəllifi qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri rus qoşunlarına müqavimət göstərmək və 1991-ci ildə Ukrayna sərhədlərinə çatmaq üçün çox zəifdir.
Krımın və Donbasın Kiyevin nəzarətinə qaytarılması əməliyyatlarına gəlincə, bu, ABŞ və müttəfiqlərinə həddən artıq baha başa gələcək: bunun üçün böyük miqdarda texnika və sursat, həmçinin hava dəstəyi və xarici kəşfiyyata çıxış tələb olunacaq, Rothman yazır.
Rusiya isə yeni ərazinin bir qarışını belə vermək fikrində deyil. Belə bir vəziyyətdə ən real ssenari Ukraynanın diplomatik danışıqlardan sonra parçalanmasıdır, “National Review” məqaləsində qeyd olunur.
Ukraynanın Krımı və Donbası Rusiyadan almaq imkanını itirməsi fikrini Çexiya hərbi kəşfiyyatının keçmiş rəhbəri, general Andor Şandor da bölüşür. O, Kiyevə Qərbdən dəstəyin durmadan azaldığına da diqqət çəkib.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər