Bütün xəbərlər
Lukaşenko və Si Ukrayna haqqında danışıblar
Tarix: 04-03-2023 22:25 | Bölmə: Dünya


Belarus prezidenti Aleksandr Lukaşenko və Çin sədri Si Tsinpin Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarusun Çindəki səfiri Yuri Senko məlumat verib.
Diplomatın sözlərinə görə, Lukaşenko və Si Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqlarını təşviq etmək üçün qüvvələri birləşdirməyə razılaşıblar. Dövlət başçıları bütün dünya üçün əlverişli həll yollarını tapmaq üçün vəziyyətə təsir göstərməyi zəruri hesab edirlər.
Aleksandr Lukaşenko fevralın 28-dən martın 2-dək Çində olub.
Bundan əvvəl Belarus prezidenti Kiyev üçün sülhün yeganə yolunu göstərmişdi.



Baxış sayı: 167


Bölməyə aid digər xəbərlər