Bütün xəbərlər
ABŞ altı rusiyalıya sanksiya tətbiq edib
Tarix: 03-03-2023 22:36 | Bölmə: Dünya


ABŞ altı Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların hamısı ədliyyə sistemində çalışırlar. Bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sanksiyalar publisist Vladimir Kara-Murzanın işi ilə bağlı tətbiq edilib.
Məhdudiyyətlər altında ədliyyə nazirinin müavini Oleq Sviridenko, Moskva Şəhər Məhkəməsinin hakimi İlya Kozlov, Basmannı Məhkəməsinin hakimi Yelena Lenskaya, Xamovniçeski Rayon Məhkəməsinin hakimi Diana Mişşenko, ANO Humanitar Ekspertizanın Təşviqi Mərkəzinin direktoru, müstəqil ekspert Danila Mixeev və İstintaq Komitəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Andrey Zadaçin.
Sanksiyalar arasında ABŞ-a giriş vizalarının verilməsinə qadağa və ABŞ-da əmlakın bloklanması daxildir.
Vladimir Kara-Murza ötən ilin aprelində Moskvada həbs edilib. O, dövlətə xəyanət və ordu ilə bağlı saxta məlumatların dərci ilə bağlı işlərdə iştirak edib.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər