Bütün xəbərlər
ABŞ Ukraynaya 33-cü hərbi yardım paketi ayırıb
Tarix: 03-03-2023 22:29 | Bölmə: Dünya


Birləşmiş Ştatlar Ukraynaya təxminən 400 milyon dollar məbləğində daha bir, ardıcıl 33-cü hərbi yardım paketi ayırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken məlumat verib.
TASS yazır ki, yeni paketə, xüsusən, HIMARS MLRS və haubitsalar üçün döyüş sursatı, Bradley piyada döyüş maşını və ponton keçidləri üçün döyüş sursatları daxildir.
Kiyev rejiminə növbəti hərbi yardımın ayrılmasını bir gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi elan edib.
Fevralın sonunda ABŞ Ukraynaya 2 milyard dollarlıq hərbi yardım ayırdığını bəyan edib. Lakin sonra söhbət mövcud silahların tədarükündən deyil, Amerika müəssisələri üçün istehsal sifarişindən gedirdi. ABŞ Ukrayna üçün xüsusilə HIMARS raketləri, artilleriya mərmiləri, pilotsuz təyyarələr, minatəmizləmə avadanlıqları sifariş edib. Vəsaitlərin bir hissəsi kadr hazırlığı və avadanlıqların təmiri proqramlarına yönəldilib. Döyüşçülər bu siyahıda yer almayıb.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər