Bütün xəbərlər
ABŞ hələ də koronavirusun mənbəyini müəyyən etməyib
Tarix: 02-03-2023 22:33 | Bölmə: Dünya


ABŞ hələ də koronavirusun mənbəyini tam müəyyənləşdirə bilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Bir sıra ABŞ agentlikləri COVID-19-un Uxandakı laboratoriya sızması nəticəsində baş verdiyini iddia edir. Bəziləri virusun mənbəyinin haradasa heyvan bazarında olduğuna inanır. "Departamentlərin heç biri yekun qərar verə bilməz" Entoni Blinken deyib.
Amerika dövlət katibinin sözlərinə görə, Birləşmiş Ştatlar bu və ya digər variantın lehinə əminliklə bəyan edə bilməz. Blinken hesab edir ki, koronavirusun laboratoriyada yaranma ehtimalı açıq və realdır, lakin qəti deyil.
Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasına səbəb olan SARS-CoV-2 virusunun mənşəyi ilə bağlı araşdırmanı dayandırmaq qərarına gəldiyi barədə məlumatı təkzib etmişdi.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər