Bütün xəbərlər
2030-cu ilə qədər İstanbulda 7,5-7,7 bal gücündə zəlzələ gözlənilir
Tarix: 01-03-2023 21:13 | Bölmə: Dünya



İstanbulda 7,5 bal gücündə zəlzələ baş verərsə, 260 minə yaxın bina zərər çəkə bilər və 4,5 milyon vətəndaş müvəqqəti mənzilə ehtiyac duyur. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin meri Əkrəm İmamoğlu məlumat verib.
Meriyanın zəlzələyə hazırlıqla bağlı planlarının təqdimatında o, elementlərin təsirinin qaçılmaz olduğunu, lakin nə vaxt olacağını proqnozlaşdırmaq mümkün olmadığını da diqqətə çatdırıb. Bununla belə, səlahiyyətli orqanlar artıq prioritet evakuasiya marşrutlarını, toplama məntəqələrini və tibbi yardım məntəqələrini müəyyən ediblər. Şəhərin kənarında logistik mərkəzlər üçün yerlər ayrılıb. Humanitar yardımın şəhərdəki üç hava limanı, o cümlədən hazırda yalnız yük və şəxsi reysləri qəbul edən Atatürk Hava Limanı vasitəsilə qəbulu planlaşdırılır.
Bundan əlavə, İstanbul rəhbərliyi artıq uçma riski ən yüksək olan ilk 318 binanın sökülməsinə başlayıb. Onlarda 10 minə yaxın insan yaşayırdı. 93 yüksək riskli məktəbdən 52 000-ə yaxın şagird daha təhlükəsiz binalara köçürülüb.
İstanbul meriyasının və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin apardığı araşdırmaya görə, 2030-cu ilə qədər İstanbulda 7,5-7,7 bal gücündə zəlzələ gözlənilir.
Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. 45 mindən çox insan onun qurbanı olub.



Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər