Bütün xəbərlər
Stoltenberq: “Rusiya və NATO münasibətlərində “geri dönüş yoxdur”
Tarix: 28-02-2023 21:46 | Bölmə: Dünya


Şimali Atlantika blokunun baş katibi Yens Stoltenberq əmindir ki, NATO ilə Rusiya arasında münasibətlərdə “geri dönüş yoxdur”.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Ukraynada münaqişənin bitməsi belə münasibətlərin normallaşmasına səbəb olmayacaq.
Finlandiyada keçirilən sammitdə çıxış edən Stoltenberq həmçinin bildirib ki, Alyans öz təhlükəsizliyinin maraqları naminə müdafiə xərclərini artırmalıdır. O vurğulayıb ki, Ukraynaya dəstək də bu maraqlara uyğundur.
"Mən qorxular eşidirəm ki, bizim Ukraynaya dəstəyimiz eskalasiya riskini artırır. Amma... indi risksiz variantlar yoxdur. Heç kimin şübhəsi olmasın: ən böyük risk (Rusiya prezidenti Vladimir - red.) Putinin qalib gəlməsidir. Ukraynada”, - RİA Novosti NATO baş katibindən sitat gətirir.
Bundan əvvəl Rusiya Ukraynaya silah tədarük etdiyi üçün Şimali Atlantika Alyansına nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov xaricdən oraya göndərilən istənilən hərbi yükün Rusiya üçün qanuni hədəf olacağını bildirib. Moskva dəfələrlə bəyan edib ki, Ukraynanın silahlanması sülhə gətirib çıxarmayacaq, ancaq münaqişənin gərginləşməsinə xidmət edəcək. Həmçinin, Moskva NATO-nu münaqişə tərəfi kimi tanıyır, çünki Ukrayna Alyans ölkələrindən silah və sursat alır.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər